3 fevral 2011 11:28
Muğan İsveç çempionatından futbolçu gətirdi (FOTO)
Transfer çalışmalarını davam etdirən “Muğan” daha bir əcnəbi futbolçunu baxışdan keçirəcək. Azerisport.az xəbər verir ki, bu, İsveçin “Sryanska” komandasının hücumçusu Kutşi Kanqadı.
Əslən afrikalı olan futbolçu dünən klubun düşərgəsinə gəlib. Qeyd edək ki, son mövsümdə bu forvard keçirdiyi 15 matç ərzində 3 qola imza atıb. “Muğan”da sınaqdan keçiriləcək olan futbolçu haqqında klubun qərarı yaxın günlərdə veriləcək.
