3 fevral 2011 11:43
Neftçi yeni braziliyalısına görə 100 min dollar xərcləyib
“Neftçi”nin heyətinə qatdığı növbəti braziliyalı futbolçu – Rodriqinyoya görə nə qədər xərcə düşdüyü müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu “Santos”un təcrübəli yarımmüdafiəçisini transfer etmək üçün 100 min ABŞ dollarından keçib.
Xatırladaq ki, Rodriqo Cezar adlı bu futbolçu sonuncu komandası olan “Santos”un heyətində son mövsüm 27 oyunda iştirak edib və 2 qola imza atıb. 19 yaşında “Atletico Paranaense” ilə Braziliya çempionu adını qazanan 1982-ci il təvəllüdlü futbolçu bundan əlavə müxtəlif illərdə ölkəsinin “Portuguesa”, “Botafogo”, “Bahia”, “Santa Cruz”, “Avai”, “Legiao”, “Mirassol”, “Guarani” klublarında da top qovub. Məhz indi legioner həyatı yaşamağa qərar verən Rodriqinyonun ilk belə klubu isə Azərbaycan təmsilçisi olacaq.
