3 fevral 2011 12:01
PFL Premyer Liqanın və kubokun təqvimini dəyişdi
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının təqviminə dəyişikliklər edib. Azerisport.az xəbər verir ki, Azərbaycan “A” milli yığma komandasının 2012-ci il Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində 3 iyun 2010-cu il tarixində Qazaxıstan, 7 iyun 2011-ci il tarixində isə Almaniya millisi ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmasına şərait yaratmaq üçün, PFL prezidenti Ramin Musayev aşağıdakı dəyişikliklərin edilməsinə dair əmr imzalayıb.
Premyer Liqanın və Azərbaycan kubokunun təqvimində aşağıdakı dəyişikliklərin edilməsi təsdiq edilsin:
1. Premyer Liqanın 31-ci turu 14-15 may 2011-ci il tarixindən 12-13 may 2011-ci il tarixinə keçirilsin.
2. Premyer Liqasının 32-ci turu 21-22 may 2011-ci il tarixindən 18-19 may 2011-ci il tarixinə keçirilsin.
3. Azərbaycan kubokunun final oyunu 28 may 2011-ci il tarixindən 24 may 2011-ci il tarixinə keçirilsin.
