3 fevral 2011 12:12
Neftçi və XL-ın kubok matçlarının vaxtı müəyyənləşdi
Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin bu gün imzaladığı əmrinə əsasən, sözügedən mərhlələnin cütlüklərində ilk və cavab oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
AZAL – Turan (ilk oyun: 02.03.2011 – cavab oyunu: 09.03.2011)
Neftçi – Xəzər Lənkəran (03.03.2011 – 08.03.2011)
Qəbələ – Bakı (03.03.2011 – 08.03.2011)
Abşeron – İnter (03.03.2011 – 08.03.2011)
