3 fevral 2011 21:05

Neftçi Antalya toplanışını məğlubiyyətsiz bitirdi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün qardaş ölkədəki sonuncu sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun çalışdırdığı paytaxt komandası 4-cü, sonuncu yoxlama görüşünü Çernoqoriya çempionu “Rudar”a qarşı keçirib.
 
Qeyd edək ki, əslində “ağ-qaralar” bu rəqibiylə hələ bir neçə gün öncə görüşməliydi. Lakin həmin gün qarşılıqlı olaraq planlarda dəyişiklik edildiyindən, “Neftçi” Bosniya və Hersoqovina təmsilçisi “Çelik”lə qarşılaşmışdı.
 
Qeyd edək ki, yanvarın 24-dən etibarən Antalyada təlim-məşq toplanışında olan flaqman bu oyuna kimi artıq 3 yoxlama matçında qüvvəsini sınamışdı. "Ağ-qaralar" "Arsenal"a (Kiyev, Ukrayna) 2:1, "Şturm"a (Qrats, Avstriya) 2:0, "Çelik"ə (Zenitsa, Bosniya və Hersoqovina) isə 1:0 hesabı ilə qalib gəlmişdi. Antalyadakı ilk toplanış dövründə isə Rusiya “SKA Energiya”sı ilə görüş 1:1 hesabıyla başa çatmışdı. Bu günkü oyunla "ağ-qaralar" Antalyadakı sınaq matçlarına yekun vurmuş oldu.
 
Yoxlama oyunu
3 fevral
 
19:15. NEFTÇİ - RUDAR - 2:1 (1:0)
 
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Tərlan Quliyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Flavinyo, Bahodir Nasimov.
"Rudar"ın start heyəti: Milan Miyatoviç, Stefan Lutovaç, Bojan İvanoviç, Milivoye Mrdak, İvitsa Françiskoviç, Adziç Vladan, Duşan Miçiç, Predraq Brnoviç, Miroye Yovanoviç, İvitsa Yovanoviç, Veselin Boyiç.
 
Oyun başladı
5-ci dəqiqədə Rəşad Abdullayevin sağ cinahdan ötürdüyü topu Bahodir Nasimov başla qapıya vursa da, top az fərqlə çölə getdi
Oyun "Neftçi"nin üstünlüyü ilə keçir, amma hələ də qol axtarışları bəhrəsizdi
Görüşü "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da izləyir
33-cü dəqiqədə İqor Mitreski arxa xəttdə səhbə yol verdi, rəqib futbolçu topu oğurlayıb, qapıya təhlükəli zərbə endirsə də, dəqiq oynamadı
35-ci dəqiqədə Nasimov real qol şansını qaçırır. Mirhüseyn Seyidovun ötürməsindən sonra təkbətək çıxan hücumçunun zərbəsi qapı dirəyinin bir neçə santimetrliyindən keçir
Qol! 45-ci dəqiqədə Mirhüseyn Seyidovdan topu qəbul edən Bahodir Nasimov yaxın məsafədən hesabı açır - 1:0
Fasilədə Mirhüseyn Seyidovla Rauf Mehdiyevi yeni futbolçular - Rodriqinyo ilə Vitali Kovalyov əvəzləyir
47-ci dəqiqədə Rəşad Abdullayev iti bucaq altında yaxın küncə güclü zərbə vurur - 2:0
62-ci dəqiqədə Boyan İvanoviçin uzaqdan zərbəsi ilk matçına çıxan Kovalyov üçün qarşısıalınmaz olur - 2:1
65-ci dəqiqədə Georgievski, Flavinyo və Rəşadın əvəzinə meydana Araz Abdullayev, Yasin Hima və Ruslan Qurbanov daxil olur
"Neftçi" rəqib qapısı qarşısında dalbadal iki təhlükəli vəziyyət yaradır, amma son anda Araz və Ruslanın zərbələri dəqiq olmur
79-cu dəqiqədə Elmar Baxşiyev Cavid İmamaverdiyevi əvəzləyir
84-cü dəqiqədə Denis Silvanın əvəzinə Tural Nərimanov meydana daxil olur
86-cı dəqiqədə Ruslan Əmircanov rəqibin təhlükəli hücumunu zərərsizləşdirir
Matç başa çatdı - 2:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.