3 fevral 2011 18:50
Qarabağ`la milli komandamız sülh bağladı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədəki növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisinin rəqibi də elə Azərbaycan futbolçuları olub. Bir qədər də dəqiqləşdirsək, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası. Lakin qarşılaşmada hesab açılmayıb - 0:0.
Qeyd edək ki, bu, “Qarabağ”ın Antalyadakı 5-ci sınaq görüşü idi. Qurban Qurbanovun komandası Antalyadakı ilk hazırlıq matçında Qazaxıstanın “Jetısu” komandasına məğlub olmuş (2:3), ardından Türkiyənin aşağı liqa təmsilçilərindən “Erdemirspor”a cəmi 45 dəqiqəyə 8 cavabsız qol vurmuşdu. Belə kəskin səviyyə fərqi ortaya çıxınca isə, ikinci hissənin oynanılmasına ehtiyac duyulmamışdı. Ukrayna "İllychivets"i ilə dueldə 2:2 hesablı bərabərliyə razılaşan komandamız son görüşündə də Rumıniyanın “Gaz Metan” klubuna məğlub olmuşdu - 1:2.
Yoxlama oyunu
3 fevral
QARABAĞ – AZƏRBAYCAN U-21 - 0:0
