3 fevral 2011 00:44

Toni Adams: O, məni yaxşı mənada təəccübləndirə bildi

“Qəbələ” klubunun baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində Türkiyə toplanışı zamanı komandasının hazırlıq prosesini dəyərləndirib.
 
- Toplanış necə keçdi?
- Fikrimcə, hər şey yaxşı keçdi. Mənim üçün başlıcası uşaqların toplanış vaxtı əvvəlki formasını bərpa etməsi idi. Üç yoxlama oyunu keçirdik. Ancaq zədəsiz ötüşə bilmədik. Son məşqimizdə Saşa Yunisoğlu zədələndi. Onun ən yaxın zamanda sağalacağına ümid edirik. Bütövlükdə, toplanışdan razı qaldım.
 
- Sonuncu sınaq matçında Zaqreb “Lokomotiv”i ilə qolsuz bərabərə qaldınız...
- Mənim öz yetirmələrimi sınaqdan keçirmək üçün çox gözəl imkanım oldu. Güclü sınaqçı-rəqiblərə qarşı oynadıq. Komandamı taktiki-texniki planda sınaqdan keçirdim. Nuran Qurbanovu həddən artıq bəyəndim, hansı ki, biz onu bu ildən komandaya götürmüşük. O, yaxşı mənada məni təəccübləndirə bildi.
 
- Ümumiyyətlə, Türkiyədəki sınaq matçlarından razı qaldınız?
- Dərhal deməliyəm ki, mən, bu oyunlarda nəticəyə qətiyyən önəm vermirdim. Demək olar ki, hər oyunun hər hissəsində meydana yeni heyət buraxırdıq. Başlıcası hər futbolçunu bütün mümkün mövqelərdə sınaqdan çıxarmaq idi. Əminliklə deyirəm ki, hər şeydən razı qaldım. Bütün planlarımız öncədən düşündüyümüz kimi həyata keçdi.
 
- Heyətinizə qatdığınız Murad Hüseynovu necə dəyərləndirərdiz?
- Xüsusi olaraq heç kimi qeyd edə bilmərəm. Kimi dəvət etmişəmsə, hamısından razıyam. Əgər biz onunla müqavilə bağlamışıqsa, deməli, hər şey məni qane edir.
 
- Bütövlükdə neçə oyunçuyla gücləndiniz?
- Biz Con Kollinz, Al Banqura, Nuran Qurbanov və Murad Hüseynovla müqavilə bağladıq. Bununla da bizim transfer çalışmalarımız bitmiş oldu.
 
- Bəs baxışa çağırdığınız 3 afrikalının aqibəti necə oldu?
- Ola bilər ki, yayda mən onlara bir daha baxım. Gənc və perspektivli uşaqlardı. Ancaq hələ “Qəbələ”də çıxış etməyə hazır deyillər. Biz onları geri qaytardıq, ancaq diqqətdə saxlayacağıq.
 
- Yenilər əsas heyət üzvləri olacaq?
- Yeniləri gətirməklə komandanı gücləndirməyə çalışmışıq. Amma bu, o demək deyil ki, onların əsas heyətdəki yeri təmin olunub. Kimisi ilk dəqiqələrdən oynaya biləcək, kimisi yox.
 
- Fevralın 13-dəki ilk – “Qarabağ”la oyununuza hazırsız?
- Ümid edirəm ki, bəli. Biz yaxın günlərdə yerli klublardan biriylə daha bir sınaq matçı keçirəcəyik. Qarşıda bizi ağdamlılarla çətin və vacib oyun gözləyir. Hazır olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.