3 fevral 2011 12:47
İngilis mütəxəssislərdən hakimlərimiz üçün seminar (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında Premyer Liqasının oyunlarına təyinat alan hakimlər üçün seminar başlayıb. Azerisport.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çıxış edərək seminarın təşkil olunmasının məqsədi barədə məlumat verib.
Fevralın 6-da yekunlaşacaq məşğələlərə ingiltərəli mütəxəssislər Keyt Hakket və Martin Devid Blan rəhbərlik edir.
