4 fevral 2011 13:12

Qəbələ gəlirlərini artırır

“Qəbələ” klubu daha bir sponsorla anlaşıb. Azerisport.az xəbər verir ki, Qəbələnin eyniadlı klubu Türkiyənin “Errea” firması ilə 2 illik müqavilə imzalayıb.
 
Türkiyənin paytaxtı Ankarada təşkil olunan imzalama mərasimində sənədə “Errea”nın nümayəndəsi Atanur Erdinçlə “Qəbələ”nin icraçı-direktoru Alastair Saverimutto imza atıb.
 
Mərasimdən sonra Saverimutto bu anlaşmaya öz münasibətini bildirib: “Qəbələ” klubu olaraq futbola olduqca böyük vəsait qoymuşuq. Çox ciddi hədələrimiz var. “Errea” firması ilə imzalamağımız müqavilə bizi uğura aparacaq. Təxminən 50 milyon funt-sterlinq xərcləyərək yeni bir layihə hazırladıq. Biz bunu Azbaycan və Avropada uğur qazanmaq üçün edirik. “Arsenal”ın əfsanəvi futbolçusu Toni Adamsı da komandaya baş məşqçi olaraq gətirdik. Aşağı yaş qrupunda isə türkiyəli mütəxəsis Əli Yavaş çalışır. İnanırıq ki, bütün bu gördüyümüz işlərin müsbət nəticəsini yaxın zamanlarda görəcəyik”.
 
Atanur Erdinç isə, "Errea" olara1 Azərbaycan bazarına sürətlə girdikləini və voleybol komandalarının hamısının bu firmanın məhsullarını geydiyini bildirib: "Qəbələ" klubu futbola çox böyük sərmayələr qoyur. Biz də orada sərmayə qoymuşduq. Voleybol komandaları, voleybol və basketbol milli komandaları "Errea"nın məhsullarını geyinir. "Qəbələ" ilə yeni bir inkişafa qədəm qoyacağıq və futbolda da sıralarımızı genişləndirəcəyik".
 
Qeyd edək ki, “Qəbələ” bundan öncə “Lotto” və “Hyundai Azerbaijan”la da sponsorluq müqaviləsinə malik idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.