4 fevral 2011 13:44
Yığmamızın yeni ildə ilk açıq məşqi
Futbol üzrə yığma komandamızın 2010-cu ildə mətbuat üçün ilk açıq məşqinin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı əsas komandamız Macarıstanla sınaq oyunu ərəfəsində - fevralın 7-də jurnalistlər üçün açıq məşqə çıxacaq.
Qeyd edək ki, Macarıstan millisiylə sınaq matçı fevralın 9-da baş tutacaq. Bir neçə gün öncə Ukraynanın “Metallist” klubu ilə yoxlama xarakteri daşıyan görüşdə minimal hesabla məğlub olan millimizin macarlarla görüşü FİFA-nın reytinq siyahısında da nəzərə alınacaq.
