4 fevral 2011 14:14
XL: Neftçi ilə oyuna rəqibin bazasında
Bu gün “Xəzər Lənkəran” vətənə qayıtdıqdan sonra Bakıda ilk məşqinə çıxacaq. Azerisport.az xəbər verir ki, qış fasiləsinin böyük hissəsini Antalya toplanışına həsr etmiş komanda bu vaxt ərzində heyətini komplektləşdirmək məqsədi ilə bir çox yeni oyunçunu yoxlama görüşləri vasitəsilə baxışdan keçirib.
Bugündən etibarən isə “Xəzər Lənkəran” bilavasitə ölkə çempionatına hazırlıqlara start verir. Qarşıda gərgin oyun qrafiki olan “ağ-yaşıllar” qeyd olunan məşqə tam heyətdə çıxacaq, Belə ki, yerli futbolçularla yanaşı artıq əcnəbi futbolçular da Azərbaycandadı.
Nəzərinizə çatdıraq ki, cənubluların məşqi bu gün saat 14:30-da “Neftçi” Futbol Klubuna məxsus bazada baş tutacaq.
