4 fevral 2011 15:23
Robertas Poşkus əvəzedici komandaya göndərildi
Bu günlərdə nəhayət ki, Bakıya gələn son Azərbaycan çempionu “İnter”in hücumçusu Robertas Poşkus əvəzedici komandaya göndərilib. Azerisport.az xəbər verir ki, bu haqda Litva mətbuatı məlumat yayıb.
Məlum olduğu kimi, təcrübəli forvardın “bankirlər”lə yollarını ayıracağı gündəmdə idi. Şəxsi problemlərini əsas gətirərək komandanın hazırlıqlarına gecikən ön xətt oyunçusunu baş məşqçi Kaxaber Sxadadze sərəncamında görmək istəmədiyini də vurğulamışdı. Lakin futbolçu Bakıya qayıtdıqdan sonra klub prezidenti Georgi Nikolovla görüşüb, gecikməsinin səbəblərini izah edib. Onun dəlilləri bağışlanmasına səbəb olsa da, əvəzedici heyətə göndərilməsi haqda qərar çıxarılıb.
