4 fevral 2011 15:34
Millimizin rəqibinin baş məşqçisindən iddialı açıqlama
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqiblərindən olan Belçika millisinin baş məşqçisi Jorj Leekens bildirib ki, komandasının qarşısına qoyulan başlıca vəzifə Braziliyada keçiriləcək DÇ-2014-ə vəsiqə qazanmaqdı. Azerisport.az xəbər verir ki, o, Belçika mətbuatında açıqlamasında bu haqda danışarkən aşağıdakıları vurğulayıb:
“Lakin biz DÇ-yə kimi qarşıdakı Avropa birinciliyinə də qatılmalıyıq. Bizim qarşıdakı vəzifəmiz hər oyunda qələbə qazanmaqdı. Biz Avstriya üzərində səfərdə qələbə qazanmağa hazırlaşırıq, Azərbaycanla ev oyununda müsbət nəticə qazanmaq istəyirik. Belədə biz Türkiyə və Almaniyadan da xal ala bilərik, baxmayaraq ki, bu, ola bilsin real görünmür”.
