4 fevral 2011 15:43
Birinci divizion klubundan 6 yeni transfer
Futbol üzrə Azərbaycan birinci divizionunda çıxış edən “Rəvan” klubu heyətini 6 futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, klubun qış transfer dövründə Peşəkar Futbol Liqasına təqdim etdiyi əlavə sifariş vərəqəsində “Şahdağ”dan 4, “Neftçi” İSM və MOİK-dən isə 1 oyunçunun adı var.
Müdafiəçilər: Şıxqayıb Şıxqayıbov ("Şahdağ"), Elçin Həşimov (MOİK)
Yarımmüdafiəçilər: Eldar İsmayılov ("Şahdağ"), Fərhad İsgəndərov ("Neftçi" İSM)
Hücumçular: Zahid Tayıbov, Emin Əmiraslanov (hər ikisi "Şahdağ")
