4 fevral 2011 17:56
Akif İsmayılov: Qar Böyük oyunun keçirilməsinə mane ola bilər
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov bildirib ki, qar yağışı qarşıdan gələn Premyer Liqa oyunlarının bu arenada keçirilməsini əngəlləyə bilər. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Hazırda stadionun qazonu ideal vəziyyətdən uzaqdı. Son günlər Bakıda hava şəraiti heç də yaxşı olmadığından, bu, meydançanın vəziyyətinə də təsirsiz ötüşmür. Əlbəttə, biz hər iki oyunu (söhbət “Bakı” – “Muğan” və “Neftçi” – “Xəzər Lənkəran” görüşündən gedir – red.) qəbul etməyə hazırıq. Ancaq bu, çox güman ki, qazonu tamamilə pis günə qoyacaq. Tam mümkündü ki, sadəcə bir oyun keçirilsin. Yox əgər 12-nə kimi yağışlar getsə, onda bilmirəm nə olacaq? O, hər şeyi korlara bilər”.
