4 fevral 2011 18:29
Hiddink Türkiyə millisinin heyətini açıqladı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Türkiyə millisinin fevralın 9-da Trabzonda keçiriləcək Cənubi Koreya ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, hollandiyalı baş məşqçi Qus Hiddink aşağıdakı futbolçulara dəvət göndərib:
Bu günlərdə İngiltərədən Almaniyaya transfer olunan Tuncayın yer almadığı heyətdə “Beşiktaş”dan sadəcə 1 futbolçu dəvət alarkən, son ölkə çempionu “Bursaspor”dan heç kimin milliyə çağırılmaması diqqətçəkən məqamlardandı.
Dəvət alan oyunçuların siyahısı isə belədi: Onur Kıvrak, Serkan Balcı, Selçuk İnan, Engin Baytar, Umut Bulut, Burak Yılmaz (hamısı “Trabzonspor”), Servet Çetin, Hakan Balta, Sabri Sarıoğlu, Yekta Kurtuluş, Kazım Kazım (hamısı “Galatasaray”), Volkan Demirel, Fehmi Günok, Gökhan Gönül, Emre Belözoğlu (hamısı “Fenerbahçe”), İsmail Köybaşı (Beşiktaş), Emre Güngör (Gaziantepsor), Gökhan Süzen (İstanbul BB), Serdar Kesimal (Kayserispor), Yigit İncedemir (Manisaspor), Tunay Torun (Hamburg, Almaniya), Hamit Altıntıp (Bayern, Almaniya), Nuri Şahin (Borussia, Dortmund, Almaniya), Mehmet Ekici (Nurnberg, Almaniya).
