4 fevral 2011 19:05
Birinci divizion klubumuz Sioni`yə qalib gəldi
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Neftçi” İSM bu gün 3-cü yoldaşlıq görüşünü keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstanın yüksək dəstəsində çıxış edən Sioni (Bolnisi) klubu ilə qarşılaşan komandamız rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
“Neftçi” İSM komandasının qollarını Şalva Pirtsxalava və Fuad Əliyev vurub. Rəqibin yeganə qoluna isə Aleksandr Qoqobereşvili imza atıb. Hansı ki, bu futbolçu vaxtilə “Bakı” və “Qarabağ”ın şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” İSM Gürcüstanda sonuncu yoxlama oyununu fevralın 6-da keçirəcək və ertəsi gün Bakıya dönəcək.
