4 fevral 2011 20:00
Millimizin rəqibi İtaliya ilə oyun üçün heyəti açıqladı
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Almaniya millisinin fevralın 9-da Dortmundda İtaliya ilə keçiriləcək yoxlama oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Yoahim Löv aşağıdakı futbolçuları sərəncamında görmək istədiyini açıqlayıb.
Qapıçılar: Manuel Noyer (Schalke), Rene Adler (Bayer);
Müdafiəçilər: Denis Aogo (Hamburg), Per Mertezaker (Werder), Filip Lam (Bayern), Holger Badştuber (Bayern), Jerome Boatenq (Manchester City, İngiltərə), Mats Hummels (Borussia, Dortmund), Arne Fridrix (Wolfsburg), Heyko Vestermann (Hamburg), Marsel Şmeltser (Borussia, Dortmund);
Yarımmüdafiəçilər: Bastian Şvaynştayger (Bayern), Sami Xedira, Mesut Ozil (hər ikisi “Real”, Madrid, İspaniya), Kristian Traesç (Stuttgart), Mario Qotse, Sven Bender, Kevin Qrosskroyts (hamısı Borussia, Dortmund).
Hücumçular: Miroslav Kloze, Mario Qomes (hər ikisi “Bayern”), Tomas Müller (Bayern), Lukas Podolski (Cologne).
