4 fevral 2011 10:01
Mahir Şükürovlu Anji`dən daha bir qələbə
Millimizin üzvü Mahir Şükürovun heyətində yer aldığı, Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı Rusiya Premyer Liqasının təmsilçisi “Anji” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası Çernoqoriyanın “Zeta” klubuyla qarşılaşıb.
Görüş 1:0 hesabıyla Mahaçqala klubunun xeyrinə başa çatıb. Matçdakı yeganə qolu baxışda olan gürcü futbolçu İluridze vurub. Şükürov bu dəfə yalnız ilk 45 dəqiqədə meydanda olub. Baş məşqçi Hacı Hacıyev fasilədən sonda onun mövqeyində iki yeni futbolçu sınayıb. Bunlardan biri 46-cı dəqiqədə Şükürovun yerinə meydana daxil olan Çelebadzedi. Lakin son 20 dəqiqədə onun da əvəzinə Gerayev meydanda olub.
