4 fevral 2011 10:10
Rudar`ın baş məşqçisi Abdullayevi bəyəndi
“Neftçi” ilə dünənki oyundan sonra Çernoqoriya çempionu “Rudar”ın baş məşqçisi Neboyşa Viqnyeviç matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, çernoqoriyalı mütəxəssis bunları söyləyib:
“Neftçi” ilə matç çox ağır oldu. Mən “Neftçi”dən belə güclü oyun gözləmirdim. Rəqib xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qururdu. Düzdü, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam. Ona görə ki, “Rudar” əsasən gənclərdən təşkil edilib. Həm də “Neftçi”nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, “Neftçi” təşkilatlanmış klubdu. Rəqibin heyətində kapitanı (Rəşad Abdullayevi nəzərdə tutur – red.) fərqləndirərdim. O, oyunboyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı”.
