4 fevral 2011 10:32

Kamran Ağayev: Foqts necə desə, elə də olacaq

Azərbaycan yığma komandasının “Xəzər Lənkəran”da top qovan qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində komandamızın yeni ildəki ilk sınaq matçında Ukraynanın “Metallist” klubuna məğlubiyyətindən danışıb.
 
- Çıxış etmədiyiniz “Metallist”lə oyun haqda nə deyərdiniz?
- Mən oynamadığım oyunlar haqda danışmağı sevmirəm. Baxdığım qədərilə düşünürəm ki, komanda normal çıxış edirdi. Yaxşı oynasaq da, hesab oyuna görə olmadı.
 
- Məğlubiyyətə səbəb nə oldu?
- Biz xeyli oyunçunu sınaqdan keçirirdik. Həm də rəqib təsadüfi bir qol vurdu. Təəssüf ki, onlara cavab verə bilmədik. Adətən deyirlər ki, klublar yığmalardan güclü olur. Hər halda bu da başadüşüləndi. Çünki klublarda müxtəlif ölkələrdən olan çoxlu legionerlər çıxış edir.
 
- Yəqin ki, Macarıstanla oyunda siz meydanda olacaqsız...
- Hər şeyi baş məşqçi həll edir. Berti Foqts necə desə, elə də olacaq.
 
- Bu dəfəki oyun fərqli olacaqmı?
- “Metallist”ə qarşı oyuna daha çox məşq kimi yanaşırdıq. Ancaq Macarıstan tam fərqlidi. Axı bu oyunun nəticəsi FİFA-nın reytinqinə də təsir göstərəcək. Həm də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçikayla oyuna yaxşı hazırlaşmaq baxımından bu, vacib görüşdü.
 
- Dubaya birbaşa Antalya toplanışından getdiyiniz üçün yorğunluq hiss etmirsiz ki?
- Bu, bizim işimizdi və mən bunu sevirəm. Yorğunluq yoxdu, daha da yaxşı oynamaq istəyirəm.
 
- Martın 20-da Brüsseldə keçiriləcək seçmə oyundan nə gözləyək?
- Komandamız həmişə ən yaxşısını düşünüb. Marta kimi hələ vaxtımız var. Biz heç vaxt uduzmaq istəmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.