4 fevral 2011 22:11

Xəzər Lənkəran daha 4 futbolçuyla rəsmi müqavilə imzaladı (FOTO)

Bu gün “Xəzər Lənkəran” daha 4 yeni legioner futbolçuyla rəsmi müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, bunlar baş məşqçi Mirça Rednikin Antalya toplanışında bəyənib, komandasına götürdüyü Kosmin Frasinesku, Aleksandr Pitsurka, Andrey Mureşan və keçidi son anda həll edilən Julius Vobaydı.
 
Qeyd edək ki, rumıniyalı futbolçu Andrey Mureşanla 1,5 illik müqavilə imzalanıb. 25 yaşı olan futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Karyerasına Rumıniya “Rapid”ində başlayan yeni Mureşanın son klubu bu ölkənin “Gloria Bistritsa”sı olub. Bundan əlavə 6 il “Universitatea Kluj”da çıxış etmiş Andrey həmçinin qısa müddət Rusiyanın “Krasnodar” klubunun da şərəfini qoruyub.
 
Son yoxlama görüşlərində komandanın heyətində iştirak etmiş və məşqçilər korpusunun etimadını qazanmış daha bir futbolçu – Aleksandru Pitsurka isə yeni klubuyla 1 illik müqavilə imzalayıb. Mərkəz hücumçusu olan 27 yaşlı futbolçu Buxarest “Steaua”sının yetirməsi olmaqla yanaşı digər müxtəlif rumın klublarında, həmçinin Bolqariyanın məşhur Sofiya CSKA-da da top qovub. Bu mövsümün ilk yarısında “Universitatea”nın (Krayova) heyətinə qoşulmuş Aleks meydana çıxdığı 23 oyunda 6 qol vurmağı bacarıb.
 
Arxa xəttin gücləndirilməsi məqsədilə dəvət olunan rumıniyalı müdafiəçi Kosmin Frasinesku ilə də imzalanan müqavilənin müddəti 1 illikdi. Bu ayın 10-da 26 yaşı tamam olacaq Frasinesku müdafiənin mərkəzində və həmçinin sağında oynamağı bacarır. Komandanın Antalyadakı yoxlama görüşlərinin əksəriyyətində iştirak etmiş rumın futbolçunun son iş yeri isə ölkəsinin “Gloria Bistritsa” komandası olub.
 
“Xəzər Lənkəran” ən möhtəşəm transferi isə şübhəsiz ki, Syerra-Leone yığmasının oyunçusu Julius Vobaydı. Bu gün sözügedən oyunçuyla da 2 illik müqavilə bağlanılıb.
 
Ölkəsinin aparıcı futbolçularından olan Vobay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədədi. Ümumilikdə karyerası ərzində 70-dən çox qol imza atmış yeni transfer hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində oynayır. Son iş yeri Rumıniyanın “Universitatea” (Krayova) klubu olan Julius, həmçinin Kipr çempionatında da uzun müddət uğurla çıxış edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.