4 fevral 2011 22:36

“Bura XL-la çempion olmağa gəlmişəm” (VİDEO)

“Xəzər Lənkəran”ın qış transfer pəncərəsində həyata keçirdiyi ən möhtəşəm transferi olan Syerra-Leone yığmasının oyunçusu Julius Vobay yeni klubuyla 2 illik müqaviləyə imza atdıqdan sonra fikirlərini də dilə gətirib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin yeni üzvü azarkeşlərə çempionluq sözü verib:
 
“Bugündən mən “Xəzər Lənkəran”ın rənglərini qoruyacam və əlimdən gələni edəcəm ki, bu ilin qalibi biz olaq. Mən bura “Xəzər Lənkəran”la çempion olmağa gəlmişəm” deyə Vobay klubun rəsmi saytına açıqlamasında bəyan edib.
 
Qeyd edək ki, ölkəsinin aparıcı futbolçularından olan Vobay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədədi. Ümumilikdə karyerası ərzində 70-dən çox qol imza bu oyunçu hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edir.
 
Sonda bu futbolçunun “Universitatea Craiova”nın heyətində vurduğu bəzi qolları sizə təqdim edirik.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.