4 fevral 2011 10:46

“XL-a məğlubiyyətin əvəzini Bakıda çıxmağa çalışacağıq”

“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov komandasının Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, komandanın çempionluq yolunda inamla irəliləyəcəyinə inandığını söyləyib:
 
“Antalyadakı ikinci təlim-məşq toplanışında da ciddi hazırlaşdıq. Çətin də olsa, verilən tapşırıqları yerinə yetirməyə çalışırdıq. Mənə elə gəlir ki, təlim-məşq toplanışı ürəyimiz istəyən kimi alındı. Burdakı bütün oyunlarda qalib gəldik. Bəzi qarşılaşmalarda texnikanın, bəzilərində isə mübarizliyin hesabına qələbə qazandıq. Bakıya qayıtdıqdan sonra 2 gün istirahət edəcəyik. Ardından məşqlər edib, Premyer Liqaya tam hazır olacağıq. Qış fasiləsindən sonra ilk matçımız “Xəzər Lənkəran”a qarşı olacaq. Bilirsiniz ki, bizim məqsədimiz çempionluqdu. Qızıl medallar uğrunda mübarizədə “Xəzər Lənkəran”la oyun böyük əhəmiyyət daşıyır. İlk görüşdə onlara uduzmuşuq. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.