4 fevral 2011 11:37
Sabah Bakıda beynəlxalq turnir start götürəcək
Sabah – fevralın 5-də IV Bakı Beynəlxalq Futzal Turniri start götürəcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar Bakı İdman Sarayında keçiriləcək. Turnirin təqvimini bir daha diqqətinizə çatdırırıq:
5 fevral
Saat 16:00. Ukrayna – Latviya
Saat 18:00. Azərbaycan – Özbəkistan
6 fevral
Saat 16:00. Özbəkistan – Ukrayna
Saat 18:00. Latviya – Azərbaycan
8 fevral
Saat 18:00. Latviya – Özbəkistan
Saat 20:15. Ukrayna – Azərbaycan
