4 fevral 2011 00:26
İngiltərə yığmasının Bakıya gələcəyi tarix dəqiqləşdi
Xəbər verdiyimiz kimi, dünən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız 8-ci qrupda İngiltərə, Belçika, Norveç və İslandiya yığmaları ilə mübarizə aparacaq.
Artıq komandamızın oyunlarının təqvimi müəyyənləşib. Komandamızın həmin oyunlarının təqvimini təqdim edirik:
2011-ci il
1 sentyabr
İngiltərə – Azərbaycan
6 sentyabr
Belçika – Azərbaycan
6 oktyabr
Azərbaycan – Norveç
10 oktyabr
Azərbaycan – Belçika
2012-ci il
29 fevral
Azərbaycan – İslandiya
1 iyun
Norveç – Azərbaycan
5 iyun
İslandiya – Azərbaycan
6 sentyabr
Azərbaycan – İngiltərə
