4 fevral 2011 00:32
Lippert konkret söz vermədi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrindən xəbərdarsız. Azerisport.az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert püşkün nəticəsi ilə bağlı fikirlərini bildirib:
“Sözsüz ki, çətin bir qrupda yer aldıq. Xüsusilə də, İslandiya yığmasını zəif rəqib hesab etmək olmaz. Son dəfə bu komanda Avropanın ən yaxşı 8 komandası arasında yer alıb. Lakin ümumilikdə püşkatmanın nəticəsindən narazı deyiləm. 21 yaşadək futbolçulardan ibarət yığmanın əsas məqsədi milli komandaya oyunçuların yetişdirilməsidi. Hesab edirəm ki, bu cür güclü komandalara qarşı oyunlarda futbolçularımdan çox şey tələb olunacaq və bu, onların inkişafına müsbət təsir göstərəcək. Qrupda neçə xal toplayacağımızı indidən deyə bilmərəm. Çalışacağıq ki, bundan əvvəlki mövsüm topladığımızdan mümkün qədər daha çox xal qazanaq”.
