5 fevral 2011 00:27
Arsenal`ın ulduzu yığmamıza qarşı oynaya biləcək
Belçika yığmasının və İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Tomas Vermalen AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda çıxış edə biləcək. Azerisport.az Belçika mətbuatı istinadən xəbər verir ki, bu haqda London klubunun baş məşqçisi Arsen Venger məlumat yayıb.
Onun sözlərinə görə, komandasının əsas müdafiəçilərindən olan Vermalen artıq 3-4 həftə sonra sıraya dönə biləcək. Bu isə, hələ sentyabr ayında çox ciddi zədə alan müdafiəçinin mart ayında keçiriləcək millimizlə ev oyununda iştirakına şərait yaradacaq.
Qeyd edək ki, Tomas yeni zədələnən dövrdə onun Azərbaycanla görüşü buraxacağı ehtimalı var idi. Belçika – Azərbaycan görüşünün martın 29-da keçiriləcəyini də vurğulayaq.
