5 fevral 2011 16:19
Qapıçı qol vurdu, sevinci gözündə qaldı (VİDEO)
Braziliya Seriya A komandalarından “Sport Recife” ilə “Vitoria” arasında oynanılan matçda meydan sahiblərinin 2-ci qolunu 90+1-ci dəqiqədə qapıçı Saulo vurub. Lakin qolun ardından sevincini yaşaya bilmədən zədələnən bəxtsiz qolkiper hətta son dəqiqələrdə meydanı tərk etmək məcburiyyətində qalıb. Azerisport.az həmin qolu və şanssız anı sizə təqdim edir.
