5 fevral 2011 17:02

Rəşad Sadıqov Galtasaray`la oyun üçün açıqlanan siyahıda

Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Eskişehirspor” klubu Türkiyə Superliqasının 20-ci turu çərçivəsində səfərdə qarşılaşacaqları “Galatasaray”la görüşmək üçün İstanbula gəlib. Azerisport.az xəbər verir ki, Eskişehir təmsilçisinin baş məşqçisi Bülənt Uyğun səfərə aparılan 19 nəfərlik heyətə həmyerlimizin də adını daxil edib.
 
Belə ki, o, “Galatasaray”la oyun üçün aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək: İvesa, Atilla, Kayacan, Sezgin, Koray, Veysəl, Dieqo, Safet Nadareviç, Volkan Yaman, Rəşad Sadıqov, Bülənt Ertoğrul, Doğa Kaya, Pele, Alper, Burhan, Erkan, Sərdar, Rodriqo Tello, Ümit Karan, Batuhan Karadeniz.
 
Lakin Rəşad Sadıqov səfərə aparılsa da, son oyunda olduğu kimi, bu dəfə də start heyətində meydana çıxmaq şansları yüksək dəyərləndirilmir. Çünki adətən mərkəz müdafiəçisi kimi Dieqo və Safet Nadareviçə üstünlük verən Bülənt Uyğunun bu dəfə də onların xidmətindən yararlanması üçün hansısa problem yoxdu. Elə buna görədi ki, Türkiyə mətbuatı “Eskişehirspor”un təxmini heyətini bu şəkildə təqdim edib:
 
İvesa - Koray, Dieqo, Nadareviç, Volkan - Erkan,Tello, Pele, Burhan - Ümit Karan, Batuhan.
 
“Galatasaray”ın təxmini heyəti isə belədi: Sapata, Sərkan, Lukas Neyl, Sərvət Çətin, Hakan Balta, Sabri, Lorik Cana, Yekta, Kulio, Stanku, Baroş.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.