5 fevral 2011 21:52
İnter Bolqarıstan klubuyla sülhə razılaşdı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan son Azərbaycan çempionu “İnter” bu gün hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bolqarıstanın “Lokomotiv” (Sofiya) komandasıyla qarşılaşan “bankirlər” bu dəfəki yoldaşlıq matçından heç-heçəylə 1:1 hesablı heç-heçəylə ayrılıb.
Qarşılaşmada hesabı 20-ci dəqiqədə Girts Karlsons açıb. “Lokomotiv” yalnız 90-cı dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub və görüş elə bu hesabla da başa çatıb.
