5 fevral 2011 11:52
Qarabağ legionerləri ilə yollarını ayırdı
“Qarabağ” artıq Bakıya dönür. Azerisport.az xəbər verir ki, yanvarın 9-dan Antalyada təlim-məşq toplanışında olan Ağdam klubu bu gün paytaxtda olacaq.
28 günlük təlim-məşq toplanışını başa çatdıran komanda Bakı vaxtıyla 12:30-da Antalyanı tərk edəcək. Qardaş ölkədən Antalya – İstanbul – Bakı reysiylə hərəkət edəcək komandanın təyyarəsinin 7-də Bakıda olması planlaşdırılır.
“Qarabağ”ın legionerləri isə yaranmış fasilədən istifadə edərək vətənlərinə yollanacaq. Belə ki, baş məşqçi Qurban Qurbanov komandaya 2 günlük istirahət verib. Ansi Aqolli, Admir Teli və Andrey Rubins isə millisinin düşrgəsinə yola düşüb.
Komanda fevralın 8-dən etibarən məşqlərə start verəcək.
