5 fevral 2011 12:06
Jabanın taleyini Hafiz Məmmədov müəyyənləşdirəcək
“Bakı”nın hücumçusu Jabanın gələcək taleyinə klubun prezidenti Hafiz Məmmədov qərar verəcək. Azerisport.az xəbər verir ki, bu haqda “zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkov Rusiya mətbuatına müsahibəsində bildirib.
“Mən bu üçlüyü (Jaba, Cefferson və Roşa – red.) öz gözlərimlə görməmişəm. Komandayla burda, Belekdə görüşdüm, tanış oldum, amma onlar ora gəlmədilər. İndi onların taleyi klub prezidentinin əlindədi. Mən isə belə hesab edirəm ki, futbolçu intizamsızdırsa, o, komandaya heç bir fayda gətirə bilməz”.
