5 fevral 2011 12:48
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniya Bundesliqasının təmsilçilərindən olan “Hoffenheim” yeni baş məşqçiylə anlaşıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandaya Marko Peççayiolu rəhbərlik edəcək.
Qeyd edək ki, “Hoffenheim”ın baş məşqçisi Ralf Ranqnikin istefasından bəri, bu post boş qalmışdı. Lakin Peççayiolunun gəlişi sayəsində bu boşluğu aradan qaldıran klub rəhbərliyi, onunla 2013-cü ilə qədər müqavilə bağlayıb.
Qeyd edək ki, “Hoffenheim” 20 oyunda topladığı 29 xalla hazırda Bundesliqada 8-ci pillədə qərarlaşıb. Yeni baş məşqçinin ilk sınağı isə evdə oynanılan bu günkü “Hoffenheim” – “Kaiserslautern” görüşü olacaq.
