5 fevral 2011 00:44

Samir Abasov: Mənim üçün millidəki yerimi itirmək problem deyil

“Qarabağ”ın və yığma komandamızın yarımmüdafiəçisi Samir Abasov azerisport.az saytının suallarını cavablayıb.
 
- Millin Dubay toplanışını necə qiymətləndirirsiz?
- Öz qaydasıyla gedir. Deməzdim ki, qeyri-adi nələrsə olur. Hər gün iki məşqə çıxırıq. Bütövlükdə məşqlərimiz pis keçmir.
 
- Baş məşqçi Berti Foqts yığmaya xeyli oyunçu dəvət edib. Onların millinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki Belçikayla oyunlarında çıxışı mümkündürnü?
- Buna baş məşqçi qərar. Təbii ki, kim kömək edə bilirsə, o da forma geyir. Hazırda hər şey oyunçuların özündən asılıdı. Onlara nəinki hər oyunda, hər məşqdə də özlərini göstərmələri lazımdı. Belə Foqts özü hər şeyi diqqətlə izləyir və hər hazırlığa diqqət yetirir. Özünü hər gün göstərməlisən. Axı almaniyalı tələbkar məşqçidi. Əgər gənclər özlərini ona göstərə bilsələr, onda martdakı oyunda komandaya kömək edə bilərlər.
 
- Siz yığmanın “Metallist”ə qarşı çıxış edən azsaylı əsas heyət oyunçularından idiniz. Gənclər həqiqətənmi ümidləri doğrulda bilmədilər?
- Mən meydanda idim və ilk dəqiqələrdən hiss edirdim ki, gənclərimiz necə həyəcanlıdılar. Açıq şəkildə təcrübə çatışmazlığı hiss olunurdu. Ancaq bu, elə işdi ki, vaxt lazımdı. Əminəm ki, gələcəkdə onlara daha asan olacaq. Ancaq dediyim kimi, onlara çoxlu işləmək lazımdı. Yığmada oynamaq istəyirlərsə, qoy işləsinlər.
 
- Bəs siz ehiyat etmirsiz ki, yenilər gələndə sizin əsas heyətdəki yeriniz itə bilər?
- Bu ki nə vaxtsa olmalıdı. Qoy təki yaxşı, güclü, istedadlı futbolçular gəlsin. Mənim üçün bu günkü yerimi itirmək problem deyil. Axı biz futbolda daimi deyilik. Mən özüm də gözləyirəm ki, mənim yerimi nə vaxt gənclər tuta biləcək?
 
- Qarşıdakı Macarıstanla oyun “Metallist”lə oyundan fərqlənəcək?
- “Metallist”lə oyundan sonra səhvlərimizi analiz edirik, taktiki sxemləri sınaqdan keçiririk. Hər halda sevinirik ki, macarlarla oyuna Rəşad Sadıqovla Mahir Şükürov da gələcək. Ancaq Maksim Medvedev olmayacaq. Onun yerini başqası tutacaq. Şübhəsiz ki, bizi çox ciddi bir matç gözləyir. Axı yeni ildə ilk rəsmi yoldaşlıq oyunumuzu keçirəcəyik. Odu ki, oyuna çox ciddi yanaşırıq. Fikrimcə, yaxın günlərdə rəqibin oyununa da baxarıq.
 
- Siz, futbolçularının millinin düşərgəsində olmasından daim əziyyət çəkən “Qarabağ”ın üzvlərindənsiz. Düşünmürsüz ki, bu toplanışda iştirakınız Ağdam klubunun ilk altılığa düşməsi yolunda problemlər yarada bilər?
- “Qarabağ” artıq buna alışıb. Ona görə ki, əvvəllər 8-9 futbolçumuz milliyə dəvət olunardı, indi isə 4 nəfərik. Mənə elə gəlir ki, problem olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.