6 fevral 2011 12:47
“Öz səhvlərimiz ucbatından məğlub olduq”
IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra Özbəkistan yığmasının baş məşqçisi Bahodir Əhmədov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin 5:3 hesabıyla məğlub etdiyi rəqibin çalışdırıcısı bunları dilə gətirib:
“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Qarşılaşmaya yaxşı başladıq. Bunun məntiqi nəticəsi olaraq 3 qol vurduq. Fasilədən sonra isə öz səhvlərimizin ucbatından məğlub olduq. Bütün turnirlərə ciddi yanaşırıq. Buna görə də hər bir oyun bizim üçün prinsipial xarakter daşıyır”.
