6 fevral 2011 13:12
Yığmamızın baş məşqçisi: Səhvlərimizi təkrarlamamağa çalışacağıq
IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva da matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 3 qol buraxdıqdan sonra qazandığı 5:3 hesablı əzmkar qələbəni braziliyalı mütəxəssis belə şərh edib:
“Gözləmədiyimiz halda 3 əks-hücum nəticəsində qapımızda 3 qol gördük. Bildiyiniz kimi, komandaya yeni futbolçular cəlb etmişik. Buna görə, oyun zamanı bəzi problemlərlə üzləşirik. Oyunun fasiləsi xeyrimizə oldu. Futzalçıların qarşısına bəzi tapşırıqlar qoydum və onların öhdəsindən gələ bildilər. Bu oyunda yol verdiyimiz səhvlərı gələcəkdə təkrarlamamağa çalışacağıq”.
