6 fevral 2011 19:41
Yığmamız Latviyanı 7 qolla keçdi (YENİLƏNİB)
Bu gün Bakı İdman Sarayında IV Bakı Beynəlxalq Futzal Turnirinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları mübarizə aparır.
Bu günə nəzərdə tutulan ilk oyunda Ukrayna və Özbəkistan futzalçıları münasibətlərinə aydınlıq gətiriblər. Ukrayna futzalçıları cəmi 1 qol vurmaqla ardıcıl ikinci qələbələrini rəsmiləşdiriblər. Bu oyundan sonra isə Azərbaycan millisi Latviya ilə qarşılaşıb. İlk görüşdə olduğu kimi, bu dəfə də hesabı rəqib açsa da, sonradan yığmamız 7 qol vuraraq, inamlı qələbə qazanıb.
Maraq üçün xatırladaq ki, dünən baş tutan ilk turun görüşlərində Ukrayna Latviyaya 5:1, millimiz isə Özbəkistana 5:3 hesabıyla qalib gəlmişdi. Beləliklə, fevralın 8-də keçiriləcək son turda Ukrayna və Azərbaycan milliləri turnirin qalibini müəyyənləşdirmək üçün mübarizə aparacaq. Bu görüş saat 20:15-də start götürəcək. Bu oyuna kimi isə, Latviya və Özbəkistan yığmaları 3-cü yerin sahibini müəyyənləşdirəcək (18:00).
16:00. Özbəkistan – Ukrayna - 0:1
Qol: Yakunin
18:00. Latviya - Azərbaycan - 1:7
Qollar: Şustrovs - Elvin Quliyev, Serjio (2), Vitali Borisov (3), Biro Jade
| 1 | Azərbaycan | 2 | 2 | 0 | 0 | 12 | - | 4 | 6 |
| 2 | Ukrayna | 2 | 2 | 0 | 0 | 6 | - | 1 | 6 |
| 3 | Özbəkistan | 2 | 0 | 0 | 2 | 3 | - | 6 | 0 |
| 4 | Latviya | 2 | 0 | 0 | 2 | 2 | - | 12 | 0 |
