7 fevral 2011 01:44
İtaliya çempionatı: San-Siroda qol şousu (YENİLƏNİB)
İtaliya çempionatında 24-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Turun açılış oyununda lider “Udinese” doğma meydanda “Sampdoria” ilə qarşılaşıb və iki cavabsız qolla qalib gəlib. “Cagliari” isə “Juventus”la dueldə məğlubiyyətlə barışmalı olub.
İkinci oyun günündə isə bir sıra sürpriz nəticələr qeydə alınıb. Məsələn, lider "Milan" "Genoa" ilə səfər matçında hesabı açsa da, sonda yenə 1 xalla kifayətlənməli olub. Liderin əsas izləyicilərindən olan "Lazio" isə eyni aqibəti doğma meydanda yaşayıb. Ötən tur məğlubiyyətlə üzləşən "Napoli" isə bu dəfə qələbə qazanmağı bacarıb.
Hesabat turuna mərkəzi oyunla - "İnter" - "Roma" görüşüylə yekun vurulub. 62-ci dəqiqədə azlıqda qalan "Roma" çox çalışsa da, son çempiona zərbə vurmaq yolunda heç nəyə nail ola bilməyib. Kifayət qədər məhsuldar qarşılaşmada əsas rəqiblərindən birini məğlub edən milanlılar həm ilk dövrədəki yenilginin revanşını alıb, həm də turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
İtaliya A Seriyası
24-cü tur
5 fevral
Udinese – Sampdoria – 2:0
Qollar: Sançes, 18, Di Natale, 40.
Cagliari– Juventus – 1:3
Qol: Akvafreska, 51 – Matri, 21; 75, Toni, 84.
6 fevral
Bologna - Catania - 1:0
Qol: Portanova, 41.
Brescia - Bari - 2:0
Qollar: Diamanti, 17-pen, Karaçyolo, 90.
Genoa - Milan - 1:1
Qollar: Flores, 45 - Pato, 29.
Lazio - Chievo - 1:1
Qollar: Ernanes, 45 - Sezar, 64.
Lecce - Palermo - 2:4
Qollar: Qyakomatsi, 17, Jeda, 50 - Mikkoli, 45, Pastore, 57, Ernandes, 60, İliçiç, 62.
Napoli - Cesena - 2:0
Qollar: Kavani, 13, Sosa, 90.
Parma - Fiorentina - 1:1
Qollar: Amauri, 15 - D´Agostino, 49-pen.
Inter - Roma - 5:3
Qollar: Sneyder, 3, Eto´o, 35; 63-pen, Motta, 71, Kambiasso, 90 - Simpliçi, 13, Vuçiniç, 75, Loriya, 81.
| 1 | Milan | 24 | 14 | 7 | 3 | 40 | - | 19 | 49 |
| 2 | Napoli | 24 | 14 | 4 | 6 | 38 | - | 22 | 46 |
| 3 | Inter | 23 | 13 | 5 | 5 | 44 | - | 27 | 44 |
| 4 | Lazio | 24 | 12 | 6 | 6 | 30 | - | 22 | 42 |
| 5 | Palermo | 24 | 12 | 4 | 8 | 42 | - | 31 | 40 |
| 6 | Udinese | 24 | 12 | 4 | 8 | 39 | - | 30 | 40 |
| 7 | Roma | 23 | 11 | 6 | 6 | 35 | - | 30 | 39 |
| 8 | Juventus | 24 | 10 | 8 | 6 | 40 | - | 30 | 38 |
| 9 | Cagliari | 24 | 9 | 5 | 10 | 28 | - | 26 | 32 |
| 10 | Chievo | 24 | 7 | 10 | 7 | 26 | - | 23 | 31 |
| 11 | Fiorentina | 23 | 7 | 8 | 8 | 23 | - | 24 | 29 |
| 12 | Bologna | 23 | 8 | 8 | 7 | 25 | - | 30 | 29 |
| 13 | Genoa | 23 | 7 | 7 | 9 | 19 | - | 22 | 28 |
| 14 | Sampdoria | 23 | 6 | 9 | 8 | 20 | - | 25 | 27 |
| 15 | Parma | 24 | 6 | 8 | 10 | 23 | - | 30 | 26 |
| 16 | Lecce | 24 | 6 | 6 | 12 | 24 | - | 43 | 24 |
| 17 | Catania | 24 | 5 | 8 | 11 | 19 | - | 31 | 23 |
| 18 | Brescia | 24 | 6 | 4 | 14 | 20 | - | 31 | 22 |
| 19 | Cesena | 24 | 5 | 6 | 13 | 17 | - | 31 | 21 |
| 20 | Bari | 24 | 3 | 5 | 16 | 14 | - | 39 | 14 |
