6 fevral 2011 01:22
Anji Vaqif Sadıqova başsağlığı verdi
Yığma komandamımızın sabiq baş məşqçisi, yaxınlarda Rusiyanın “Anji” klubunda köməkçi-məşqçi kimi fəaliyyətə başlayan Vaqif Sadıqovun ailəsinə itki üz verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssisin anası vəfat edib.
Bununla əlaqədar olaraq, Mahaçqala klubu da həmyerlimizə başsağlığı ünvanlayıb. Belə ki, Emin Ağayevin də çalışdığı, Mahir Şükürovun heyətində çıxış etdiyi “Anji”nin rəsmi saytı vasitəsilə klub rəhbərliyi, həmçinin futbolçu heyəti adından həmyerlimizə dərin hüznlə bağsağlığı verilib.
