6 fevral 2011 14:18
Foqts və yığmamızın üzvləri mətbuat qarşısına çıxacaq
Məlum olduğu kimi, hazırda Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan millisi fevralın 9-da Dubayda Macarıstan yığmasıyla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bundan bir gün öncə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun və komandamızın üzvlərinin mətbuat konfransı keçiriləcək.
Tədbir fevralın 8-də, saat 13:00-da, Movenpick (Bur Dubai) otelində təşkil olunacaq.
