6 fevral 2011 01:53
Mahir Şükürov oynadı, komandası qələbə qazandı
Millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi, Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı Rusiya Premyer Liqası təmsilçisi “Anji” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası Macarıstan təmsilçisi “Dyori” ilə qarşılaşıb.
Qarşılaşma Mahaçqala klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Kebe vurub.
Baş məşqçi Hacı Hacıyev Şükürova ilk dəqiqələrdən şans verib. Lakin 46-cı dəqiqədə ona əvəzləyici kimi dəvət olunan Pameçkonu sınamaq qərarına gəlib. Bu futbolçunun qarşıdakı sınaq matçlarında da çıxışı gözlənilir.
