6 fevral 2011 19:21
Gennadi Lisençuk: Azərbaycanla oyun revanş xarakteri daşıyacaq
IV Bakı Beynəlxalq Futzal Turnirinin ikinci turunda Özbəkistan millisi üzərində qələbə qazanan Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk son turda qarşılaşacaqları Azərbaycanla həlledici görüş barədə fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında rəqibimizin çalışdırıcısı bunları dilə gətirib:
“Komandamız Azərbaycanla ötən ilk keçirilən Avropa çempionatında qarşılaşmış və uduzmuşdu. İndi biz revanş götürmək istəyirik. Əlbəttə, rəqibimiz zəif komanda deyil. Sizin braziliyalılarınız çox yaxşıdı. Həmçinin yerli futzalçılarınız da onlardan geri qalmırlar. Qapıçı Tveryankin çox möhtəşəm oynayır”.
