6 fevral 2011 20:28
Bundesliqada bir oyun təxirə salındı
Almaniya Bundesliqasında bu gün oynanılmalı olan bir qarşılaşma təxirə salınıb. Azerisport.az xəbər verir ki, “Hamburg” – “Sankt Pauli” matçı kifayət qədər güclü yağış səbəbindən başqa tarixə keçirilib.
Bundesliqada xüsusilə alt sıradakı komandaları daha çox maraqlandıran bu matç, “Hamburg Arena” stadionunun qazonu güclü yağış nəticəsində bərbad vəziyyətə düşdüyündən, görüşün təxirə salınmasına qərar verilib. Hələlik qarşılaşmanın hansı tarixdə oynanılacağı dəqiq bilinmir.
