6 fevral 2011 21:12
“Komandalar arasındakı fərq özünü qabarıq şəkildə göstərdi”
IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Latviya - Azərbaycan oyunundan sonra rəqibimizin baş məşqçisi Artur Sketovsmatçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 7:1 hesabıyla qalib gəldikləri görüşdə latviyalıların çalışdırıcısı bunları dilə gətirib:
“İki komanda arasındakı fərq özünü qabarıq şəkildə göstərdi. Birinci hissədə yaxşı oynasaq da, fasilədən sonra ardıcıl buraxdığımız qollar nəticəsində oyun intizamımız itdi” - deyə Sketovs AFFA-nın rəsmi saytına açıqlamasında bildirib.
