6 fevral 2011 11:48

Türkiyənin gündəmində hakim qalmaqalı (FOTO)

Türkiyə Superliqasının dünən keçirilən “Beşiktaş” – “Kardemir Karabükspor” matçında hakim Mustafa Kamil Abitoğlunun verdiyi qərarlar gündəmi zəbt edib. Azerisport.az xəbər verir ki, Superliqanın 20-ci turu çərçivəsində “İnönü” stadionunda baş tutan qarşılaşmada bu hakim 1 yox, 2 yox, ən azı düz 3 nəticəyə təsir edəcək səhvə yol verib.
 
Məsələ burasındadı ki, qarşılaşmanın 44-cü dəqiqəsində “Karabükspor”lu Emenikenın sağ cinahdan cərimə meydançasına girməyə çalışdığı bir epizodda İbrahim Toramanla birgə yerdə qalmasına rəğmən, hakim davam işarəsi verib. 51-ci dəqiqədə Emenike meydan sahiblərinin qapıçısı Hakan Arıkan ilə cərimə meydançasında üz-üzə gələrkən, təkbətək mübarizədə onun yerdə qalmasına da hakim penalti təyin etmədi.
 
Matçın ən böyük mübahisə doğuran məqamı isə şübhəsiz ki, 77-ci dəqiqədə “Beşiktaş”lı Almeydanın cərimə meydançası həndəvərindən zərbəsi zamanı gerçəkləşdi. Həmin anda top öncə üst tirə toxunub, qapı xəttini keçsə də, hakimlər həmin anda təmiz qolu hesaba almadılar.
Lakin matçın teleyayımı zamanı və aşağıda gördüyünüz fotolarda da aşkar görünür ki, hakimlər böyük səhvə yol veriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.