6 fevral 2011 22:02
İngiltərə çempionatı: Sensasiyalarla zəngin turda Chelsea də Liverpool`a uduzdu (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 26-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, kifayət qədər fantastik başlayan hesabat turunun əksər qarşılaşmaları elə ilk oyun gününə təsadüf edib.
8 oyuna 41 qol, 7 penalti, 1 də dəyərləndirilməyən 11 metrlik zərbə. Bütün bunlar Premyer Liqanın 26-cı turunun ilk oyun günündə reallaşdı. Hələ nəticələrlə bağlı sensasiyaları demirik. Şübhəsiz ki, ən böyük gözlənilməzlik cəmi 26 dəqiqəyə səfərdə “Newcastle”a 4 qol vuran “Arsenal”ın fasilədən sonra bu cür üstünlüyünü əldən verməsidi.
Daha bir sürprizi isə “Wolverhampton” yaşatdı. Bu komanda da doğma meydanda lider “Manchester United”i büdrətməklə özündən söz etdirdi.
Nəhayət turun qapanış və mərkəzi matçında "Chelsea" doğma meydanda "Liverpool" ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada bu günlərdə "Chelsea"yə keçən sabiq "Liverpool"lu Fernando Torres də keçmiş komandasına qarşı 66 dəqiqə çıxış etmək şansı qazanıb. Lakin cari mövsüm heç cür uğurlu çıxış edə bilməyən Karlo Ançelottinin komandası doğma azarkeşlərinin gözü qarşısına növbəti yenilgisini məhz Torresin keşmiş klubundan alıb.
İngiltərə Premyer Liqası
26-cı tur
5 fevral
Stoke City – Sunderland 3:2
Qollar: Karyu, 32, Hut, 83; 90 – Riçardson, 2, Qyan, 48.
Aston Villa – Fulham – 2:2
Qollar: Peyntsil, 13-öz qapısına, Valker, 72 – Conson, 52, Dempsi, 78.
Everton – Blackpool – 5:3
Qollar: Saha, 20; 47; 76; 84, Bekford, 80 – Baptiste, 38, Punçeon, 62, Adam, 65.
ManchesterCity - West Bromwich – 3:0
Qollar: Teves, 17-pen; 22; 39-pen.
Newcastle– Arsenal – 4:4
Qollar: Barton, 68-pen; 83-pen, Best, 75, Tyote, 88 – Uolkot, 1, Djourou, 3, Van Persi, 10; 26.
Tottenham – Bolton – 2:1
Qollar: Van der Vaart, 6-pen, Krançar, 9 – Stirric, 55.
Matçın 9-cu dəqiqəsində meydan sahiblərinin üzvü Van der Vaart penaltidən yararlana bilməyib.
Wigan – Blackburn – 4:3
Qollar: Makkarti, 35; 56, Rodalleqa, 50, Vatson, 65-pen – Roberts, 23, Samba, 58, Dan, 81-pen.
Wolverhampton - Manchester United – 2:1
Qollar: Elokobi, 10, Doyl, 40 – Nani, 3.
6 fevral
West Ham - Birmingham - 0:1
Qol: Jiqiç, 65.
Chelsea - Liverpool - 0:1
Qol: Meyreleş, 69.
| 1 | Manchester U | 25 | 15 | 9 | 1 | 55 | - | 24 | 54 |
| 2 | Arsenal | 25 | 15 | 5 | 5 | 54 | - | 27 | 50 |
| 3 | Manchester C | 26 | 14 | 7 | 5 | 42 | - | 22 | 49 |
| 4 | Chelsea | 25 | 13 | 5 | 7 | 46 | - | 22 | 44 |
| 5 | Tottenham | 25 | 12 | 8 | 5 | 35 | - | 27 | 44 |
| 6 | Liverpool | 26 | 11 | 5 | 10 | 34 | - | 31 | 38 |
| 7 | Sunderland | 26 | 9 | 10 | 7 | 32 | - | 31 | 37 |
| 8 | Bolton | 26 | 8 | 9 | 9 | 36 | - | 37 | 33 |
| 9 | Stoke | 25 | 10 | 3 | 12 | 31 | - | 32 | 33 |
| 10 | Newcastle | 25 | 8 | 7 | 10 | 40 | - | 38 | 31 |
| 11 | Blackburn | 26 | 9 | 4 | 13 | 34 | - | 42 | 31 |
| 12 | Fulham | 26 | 6 | 12 | 8 | 28 | - | 28 | 30 |
| 13 | Everton | 25 | 6 | 12 | 7 | 33 | - | 34 | 30 |
| 14 | Aston Villa | 26 | 7 | 8 | 11 | 30 | - | 45 | 29 |
| 15 | Blackpool | 25 | 8 | 4 | 13 | 38 | - | 49 | 28 |
| 16 | Birmingham | 24 | 5 | 12 | 7 | 24 | - | 33 | 27 |
| 17 | West Bromwich | 25 | 7 | 5 | 13 | 31 | - | 48 | 26 |
| 18 | Wigan | 26 | 5 | 11 | 10 | 26 | - | 44 | 26 |
| 19 | Wolverhampton | 25 | 7 | 3 | 15 | 26 | - | 43 | 24 |
| 20 | West Ham | 26 | 5 | 9 | 12 | 27 | - | 45 | 24 |
