6 fevral 2011 12:33

"Kəpəz ilk mövsümdən avrokuboklar üçün mübarizə aparacaq"

Gəncənin yenidən bərpa olunan “Kəpəz” futbol klubunun baş məşqçisi Mehman Allahverdiyev azerisoprt.az saytına müsahibə verib.
 
- Bu klub Azərbaycan futbolunun tarixidi. “Kəpəz”in qayıtmaq vaxtı idi. Sponsorların və digər köməkliklərin sayəsində komandanı formalaşdırmağa başlamışıq. Məşq paltarları, top və avtobusla təmin olunmuşuq. Hələlik məşq paltarlarımızı UMBRO-dan alırıq. Ancaq gələcəkdə “Adidas”la əməkdaşlıq etməyi düşünürük. Bizə indi məşq etmək üçün yer tapmaq lazımdı. Gəncənin əsas stadionunda bu, mümkün deyil. Orda qazon çox pis gündədi. Həm də “Gəncə”nin əvəzediciləri də məhz orda oynayırlar. Belədə qazon bu yüklənməyə davam gətirə bilməz.
 
- Komandaya kimlər kömək edir?
- Klubun prezidenti Musa Abdullayev hər şeyi edir ki, “Kəpəz” 2011/12 mövsümündə birinci diviziona qayıtsın. Ondan sonra da Premyer liqaya yüksələk. Mənim əsas köməkçilərim Vidadi Rzayevlə Fizuli Allahvderdiyevdi. Komandanın emblemi də hazırdı. Gəncədəki “Spartak” və “Metallurq” stadionlarıyla danışıqlara başlamışıq. Məşqlərimizi orda həyata keçirmək istəyirik. Yəqin ki, fevralın axırlarında “Kəpəz” artıq məşqlərinə start verəcək. Gələcəkdə stadion tikdirəcəyik. Odu ki, elə indidən həmin arena üçün yer də axtarırıq, hansı ki, bütün standartlara cavab vermiş olacaq. Ancaq bu, hələ gələcəyin işidi.
 
- “Kəpəz”in heyəti necə olacaq?
- Başlanğıc üçün bizə hələlik birinci divizionda mübarizə apara biləcək heyət lazımdı. Əksəriyyəti yerli futbolçular təşkil edəcək. Bir neçə günə “Gəncə”nin və digər futbol məktəblərini izləməyə başlayacağıq. Artıq 25 yeni oyunçunu gözaltı etmişik. Əlbəttə, onlar hələ öyrənirlər və peşəkar səviyyədən çox uzaqdılar. Yeni çempionat avqustda başlayacaq, ona görə də vaxtımız olacaq. Bir neçə təcrübəli futbolçu da dəvət etmək istəyirik ki, gənclər onların yanında görüb-götürə bilsinlər. Nəzərimizdə belə oyunçular olsa da, onlar hazırda digər klublarda çıxış edirlər. İstəmirik ki, oyun təcrübəsindən məhrum olsunlar. Yayı gözləyirik.
 
- “Gəncə”nin oyunu haqda nə deyə bilərdiz?
- Komanda uğurlu start götürdü. 5 oyun ardıcıl uduzmadı, heç-heçələri sıraladı. Daha sonra “Xəzər Lənkəran”a, “İnter”ə qalib gəldi. Artıq belədə azarkeşlər daha böyük uğurlar barədə düşünməyə başladılar. Hazırda “Gəncə”nin nəticələrini normal hesab edirəm. Bu, heç də pis nəticə deyil. Çoxları artıq komandanın “altılığ”a düşməsindən danışmağa başlasa da, bu, indiki mərhələdə “Gəncə” üçün çox tezdi. Fikrimcə, komanda öz sözünü gələn mövsüm deyəcək.
 
- Gəncədə iki komanda olacaq. Sizcə, hansının azarkeşi daha çox olacaq?
- “Kəpəz”in böyük tarixi var. Mən düşünürəm ki, “Kəpəz”də azarkeş sayı daha çox olmalıdı. Digər tərəfdən “Gəncə” də yaxşı nəticələr qazanır, bu yolla öz fanatlarının sayını artıra bilər. Çox şey nəticədən asılıdı. Premyer Liqada artıq xalq hər iki komandaya azarkeşlik edəcək.
 
- Bir sözlə, sizi gələcəkdə maraqlı derbi gözləyir...
- Doğrudu. Əgər hər iki komanda Premyer Liqada ola bilsə, onda azarkeşlər “Gəncə” – “Kəpəz” duelinin şahidi ola biləcək. Və ya başqa maraqlı oyunların. Məsələn, “Neftçi”, “Xəzər Lənkəran” və digər favorit komandaların.
 
- “Kəpəz”in uğurlar qazanması üçün nə qədər vaxt lazım gələcək?
- Hazırda başlıca məqsəd gələn mövsüm birinci divizionda layiqli mübarizə aparıb, Premyer Liqaya vəsiqə qazanmaqdı. Mən digər həmkarlarım kimi deyə bilmərəm ki, bizə 2-3 il vaxt lazımdı. “Kəpəz” ilk mövsümündən avrokuboklar uğrunda mübarizə aparacaq. Əgər yaxşı komanda yarada bilsək, niyə də bu haqda düşünməməliyik?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.