7 fevral 2011 13:03
Turan`da yeni təyinat (FOTO)
Peşəkarlaşma yolunda müxtəlif işlər görən “Turan” futbol klubu daha bir addım atıb. Azerisport.az xəbər verir ki, Tovuz klubunun rəhbərliyi tanınmış mütəxəssis, uşaq və gənclər futbolunun inkişaf yollarını dəyindən bilən, eyni zamanda Premyer Liqa təcrübəsi olan Asim İbrahimovu işbirliyinə dəvət edib.
O, “Turan” PFK-nın gənclər futbolunun rəhbəri təyin olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, artıq işə başlayan mütəxəssis “Turan” UFM-in inkişaf etməsi üçün müxtəlif proqramlar hazırlayıb, məşqçi-müəllimlərlə mütəmadi iclaslar keçirir.
Qeyd edək ki, Asim İbrahimov vaxtilə NBC və MOİK klublarındakı fəaliyyəti ilə tanınır.
