7 fevral 2011 13:43
XL daha iki futbolçu ilə rəsmi müqavilə imzaladı
“Xəzər Lənkəran” daha iki futbolçunun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, qış fasiləsində komandaya qoşulan və baxışdan uğurla keçən Hristu Kyaku və Nikulae Konstantin Muşatla 1 illik müqavilələr imzalanıb.
Hücumameylli yarımmüdafiəçi olan 24 yaşlı Kyaku cənublulara Buxarest “Dinamo”sundan qoşulsa da, son iki ili digər Rumıniya klubu “Timişoara”nın heyətində icarədə keçirib. Futbolçu vaxtilə ölkəsinin 21 yaşlılardan ibarət milli yığmasına da çağırılıb və onun heyətində 3 qola imza atıb. Ölkəsinin müxtəlif klublarından əlavə Polşa “Visla”sınında şərəfini qorumuş Kyaku üçün “Xəzər Lənkəran” çıxış etdiyi ikinci xarici komandadı.
Ötən ilin dekabrında 24 yaşı tamam olan Muşat isə sol cinah yarımmüdafiəsidi. Yeni futbolçu Rumıniyanın “Dinamo” Buxarest klubunun yetirməsidi və komandaya məhz oradan gəlib. Nikolae karyerası ərzində icarə əsasında müxtəlif Rumıniya klublarının da formasını geyinib ki, bunlardan “Universitatea Kluj” və “Unirea”nı qeyd etmək olar.
